Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqda bir neçə terrorçunu zərərsizləşdirib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, Türkiyə hərbçiləri terrorçuların İraqın şimalındakı Hakurk və Metina bölgələrindəki obyektlərinə zərbələr endiriblər. Hava əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Öldürülənlərdən 4-ü bu ilin 30 mayında 4 türk hərbçisinin şəhid olması ilə nəticələnən hücumda iştirak edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26