Interposta.Info

Türkiyədən İraqda böyük “Pəncə” əməliyyatı – 64 PKK terrorçusu məhv edildi

Dünya
 4-06-2019, 17:38     10 429

Türkiyə müdafiə naziri Hulusi Akar İraqın şimalında yerləşən Hakurk bölgəsində həyata keçirilən “Pəncə” əməliyyatı ilə bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, antiterror əməliyyatının 27 maydan etibarən havadan və qurudan böyük qətiyyətlə davam etdiyini qeyd edən Akar 64 terrorçunun zərərsizləşdirildiyini deyib.

“İraqın şimalındakı hədəflərə qarşı aparılan əməliyyat çərçivəsində son bir həftədə 25 terrorçu zərərsizləşdirilib. Ölkə daxilində 11 terrorçunu zərərsizləşdirdik. Beləliklə 27 maydan etibarən 64 terrorçu zərərsizləşdirildi” – Akar belə deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26