ABŞ Türkiyəyə söz verdi:

Savaş bitən kimi silahlar YPG-dən geri alınacaq.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. Qəzet ABŞ-da səfərdə olan Türkiyə nümayəndə heyətinə (Türkiyə Baş Qərargah rəisi Hulusi Akar, prezidentin mətbuat katibi İbrahim Qalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan olub - red.) İŞİD-lə mübarizə xaricində istifadə edildiyi təqdirdə və ya silah qaçaqmalçılığı aşkarlandıqda YPG-yə silah yardımının dərhal dayandırılacağına, savaş bitdikdən sonra isə verilən silahların geri alınacağına zəmanət verib.
Qeyd edək ki, bundan öncə İŞİD-ə qarşı koalisiyanın sözçüsü Con Dorrian ABŞ-ın YPG-yə verdiyi silahların geri alınmayacağını açıqlamışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26