Interposta.Info

"Türk ordusu rahat şəkildə Rakkanı da ala bilər" —

Müxtəlif
 17-02-2017, 15:34     777

"Türk ordusu rahat şəkildə Rakkanı da ala bilər" —

Türk ordusu Əl-Babı İŞİD-dən tamamilə alıb
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib ki, gözünüz aydın, Əl-Bab əməliyyatı bitdi. Türk ordusu Əl-Babı İŞİD-dən tamamilə aldı. Ərazidə axtarış və təmizlik işləri gedir.


Bundan sonra türk ordusunun Rakkaya hücum edəcəyi deyilir. ABŞ tərəfi də türk ordusunun Rakkaya hücumunu dəstəkləyəcəklərini bildirib.

interposta.info bildirir ki, Türk ordusunun Əl-Babı alması və bundan sonrakı fəaliyyəti barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Hesab edirəm ki, Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatların bir müddət davam edəcək. Türkiyəyə gələn ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford da bu məsələləri müzakirə edəcək. Bir müddət sonra Türkiyə Suriyadan geri çəkiləcək. Bunu Ərdoğan da qeyd edib.

Bu əməliyyatlar davam etməlidir. Regionu, Türkiyənin özünü bu bəladan xilas etmək üçün mütləq bu davam etməlidir. Yaxın günlərdə Türkiyə verdiyi itkilərin vicdan rahatlığı tapması üçün terrorçulara sarsıdıcı zərbələr endirəcək. Hesab edirəm ki, proseslər yeni mərhələyə keçib. Türkiyə Suriyada xeyli itkilər verib. O itkilərin elə-belə verilmədiyini sübut etmək üçün əməliyyatlar davam edəcək. Bu ilin sonuna qədər Türkiyə Suriyada möhkəmlənəcək, bəzi danışıqlar prosesi gedəcək, məsələlər razılaşdırılandan sonra Türkiyə geri çəkiləcək. Türkiyənin orada qalmağı daimi olmayacaq. Bunu Ərdoğan da, Türkiyə silahlı qüvvələrinin rəhbər şəxsləri də deyib".

Rakkaya türk ordusunun girib-girməyəcəyi məsələsinə gəldikdə isə hərbi ekspert bildirdi ki, türk ordusu çox rahat şəkildə Rakkanı terrorçulardan ala bilər:

"PKK-nı terror təşkilatı saymayan dövlətlərin müdaxiləsi olmasa, Türkiyə silahlı qüvvələri Rakkanı azad edə bilər. Üzdə bəzi dövlətlər terrorla mübarizə aparırlar, ancaq əslində yaramazlıqla məşğuldurlar. Türkiyə ordusu bu uğurun davamını gətirməlidir, yəqin ki, gətirəcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26