Interposta.Info

«İŞİD Türkiyədə savaş elan edib» –

Gündəm
 5-01-2017, 11:39     608

«İŞİD Türkiyədə savaş elan edib» –

İngiltərə mərkəzli “Independent” qəzetinə açıqlama verən və keçmiş bir İŞİD militanı olduğu bildirilən şəxs, 39 adamın həyatını itirdiyi “Reina” hücumunu “İŞİD-in Türkiyəyə savaş elanı” olaraq xarakterizə edib

“AzPolitika.info”nun məlumatına görə, adı Əbu Mutassim olaraq bildirilən keçmiş İŞİD militanı, təşkilatın Türkiyəni necə gördüyünü izah edərkən, “Liderləri İslama üz çevirmiş, müsəlman bir ölkə olaraq görürlər.

Amerikalılarla və ruslarla əməkdaşlıq edən bir ölkə olaraq qəbul edirlər” deyib.

Həmin militan: “İŞİD tərəfindən ola biləcək ən pis düşmən olaraq görülürlər. İŞİD Türkiyəyə savaş elan etdi”, deyə açıqlama verib.

“İŞİD, İraq və Suriya xaricində hücumlara üstünlük verir”
«İŞİD Türkiyədə savaş elan edib» –

İraqda Mosul ətrafında, Suriyada isə Raqqa ətrafında təzyiq altına girən İŞİD-in Suriya və İraq xaricində hücumlara üstünlük verməyə başladığı görülür.

“Reina” hücumunun məsuliyyətini İŞİD üzərinə götürmüş və təşkilatın açıqlamasında Türkiyə “Xristianların qoruyucusu” olaraq təyin olunmuşdu. Açıqlamada eyni zamanda “Türkiyənin hərbi əməliyyatları davam etdikcə hücumların da davam edəcəyi” ifadələri iştirak etmişdi.

“Son aylarda Suriyadan Türkiyəyə girməyə çalışan çox sayda militan tutuldu. Eyni zamanda Türk təhlükəsizlik gücləri, İŞİD hüceyrələrinə etdikləri basqınlarda silahlar ələ keçirmişdi, təşkilatın Türkiyə içində də güclü olduğu” vurğu edilib.

“Artıq hər kəs təhdid altında”

«İŞİD Türkiyədə savaş elan edib» –
Suriyadakı daxili döyüşdən qaçmış olan, ancaq Türkiyəyə sığındıqlarında Şanlıurfada İŞİD üzvləri tərəfindən təhdid edildikləri səbəbiylə İstanbula gələn bir qrup Bəşər Əsəd əleyhdarı suriyalı müxaliflə danışan “Independent” redaktoru Sengupta, “Urfadaki imamlar, tez-tez gəncləri İŞİD-i və Nusra cəbhəsini dəstəkləməyə çağırırdı” deyib.

İstanbulda “Independent”ə açıqlama verən Yassir Abdulhəmid adlı müxalif, “İŞİD təhdidləri səbəbindən Urfadan ayrıldım. Urfa kimi yerlər az qala Suriya qədər təhlükəli hala gəlmişdi. Türk səlahiyyətlilərin xəbəri olmadan İŞİD-in necə o qədər rahat fəaliyyət gösterebildiyini anlaya bilmirdim. İstanbula gəldiyimdən bəri iki böyük İŞİD hücumu oldu. Urfa ya da Kilis kimi yerlərdə biz suriyalı müxaliflər təhdid altındaydıq. İndi İstanbulda hər kəs İŞİD təhdidi altında yaşayır”, deyə açıqlama verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26