Interposta.Info

Yağışda islanan, sevgililərinə görə məsxərə hədəfi olan, təkrar seçilməyə iddia etməyən prezident -

Dünya
 8-05-2017, 11:53     573

Fransua Olland Fransada ilk dəfə ikinci müddətə hüququ olduğu halda namizədliyini irəli sürməyən prezident kimi tarixə düşdü.
Onun hakimiyyət dövrünü siyasi ekspertlər ziddiyyətli dəyərləndimələrlə xarakterizə edirlər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bir tərəfdən sosialist prezidentin iqtisadiyyatda müəyyən uğurlar əldə etdiyini qeyd edən ekspertlər digər tərəfdən onun cəmiyyəti parçalayan bir sıra uğursuz addımlar atmaqda ittiham edirlər.

Xatırldaq ki, Olland 2012-ci ildə keçirilən seçkilərdə böyük sensasiyaya imza ataraq 51,4%-lik səslə prezident Nikola Sarkozini məğlub etməyi bacarmışdı. Həmin vaxtlar Sarkozinin qeyri-populyar sosial–iqtisadi siyasətindən təngə gələn fransızlar Ollandın vəziyyəti düzəldəcəyinə böyük ümidlər bəsləyirdilər.

“Fransua Olland özündən sonra daha qeyri-sabit, əsəbi və parçalanmış Fransa buraxıb gedir. Lakin bununla bərabər Fransa iqtisadi planda daha yaxşı vəziyyətə gətirilib, işsizlik göstəriciləri isə azalıb. Lakin bu franzıslar üçün təskinlik sayıla bilməz”, - “Le Monde” jurnalisti Jerar Dave yazır.

Politoloq Jak Relanın fikrincə, əslində Olland bir sıra uğurlu göstəricilərə nail ola bilib: “Onun dövründə Fransada 120 min yeni iş yeri açılıb. İşsizlik 10,7%-dən 9,4%- qədər enib. Lakin ümumi göstəricilərə görə, Ollandın prezidentliyi ancaq məyusluq doğura bilər. Fransada indinin özündə əhalinin kasıblıq səviyyəsi daha da pisləşib”.

Siyasi icmalçı Kristof Barbye onu prezidentliyini fəlakət olaraq qiymətləndirib:

“Adətən solçuları ona görə seçirlər ki, ölkədə kasıbların sayı az olsun. Lakin Fransada aşağı gəlirli insanların sayı daha da artıb”.
Bir çox ekspertin rəyinə görə, Ollandı nüfuzdan salan onun həyata keçirmək istədiyi , lakin ya bacara bilmədiyi, ya da düzgün başa sala və təqdim edə bilmədiyi addımlar səbəb olub.

“Bu adamın bəxti gətirməyib. Onun kütlə qarşısında əksər çıxışları həmişə yağışlı havaya təsadüf edib. O, hətta mühafizəçilərin başının üstündə çətir tutmasına icazə verməyib. Nəticədə xalqın gözündə təpədən dırnağa qədər islanmış, olduqca miskin görünən “yağış-prezident” obrazı yaranıb. Onun sevgililəri lə bağlı macəraları isə mətbuatda əsl məsxərə mövzusuna çevrilib”, - Jak Relan yazır.
Yağışda islanan, sevgililərinə görə məsxərə hədəfi olan, təkrar seçilməyə iddia etməyən prezident -


"Lakin məsələ təkcə imiclə bitmir. Ollandın iqtisadi siyasəti Fransa üçün əsl başağrısına çevrilir. Onun zənginlərə tətbiq etdiyi yüksək vergilər (75%) sayəsində ölkədən xeyli kapital qaçır”, - Kristof Barbye yazır.

Daha sonra guya taktikanı dəyişmək istəyən Olland iş yerlərinin artırılması məqsədilə ölkə biznesinə 40 milyard avro pul ayırır. Lakin artıq olduqca gec atılmış bu addım rəhbərlik etdiyi partiya daxilində böyük müqavimətə rast gəlir. Olland öz partiyasındakı dəstəyini belə itirir”, - Barbye davam edir.

Ollandın səhvləri yalnız bununla tamamlanmır.

Fransa prezidentinin nüfuzunun düşməsi parlamentə təqdim etdiyi iki uğursuz qanun layihəsi ilə bağlıdır. Bunlardan biri terror aktlarını həyat keçirən fransızların vətəndaşlıqdan məhrum edilməsi ilə əlaqədar olub. Xüsusilə sol düşərgədə süngü ilə qarşılanan bu layihə parlamentdən keçmir.

Jerar Davenin rəyinə görə, ikinci böyük uğursuzluq yeni əmək islahatı ilə bağlı qanunvericilik təşəbbüsü ilə əlaqədardır. Yeni layihəni zəhmətkeşlərə düzgün izah etməyi bacarmayan hökumətin xalqdan aldığı cavab polislə toqquşmalarla müşayiət oluann kütləvi nümayişlər şəklində olur.

Olland xarici siyasətdə atdığı addımlarda daha qəti və iradəli mövqe sərgiləsə də, bunu ardıcıllıqla həyata keçirə bilmir. 2013-cüilin yanvarında Maliyə ordu yeritməklə orada radikal dinçilərin hakimiyyət gəlməsinin qarşısını alan Olland eyni hərəkəti Suriyada həyata keçirmək istəsə də ABŞ və Böyük Britaniyanın təkidləri ilə bundan vaz keçir.

Yağışda islanan, sevgililərinə görə məsxərə hədəfi olan, təkrar seçilməyə iddia etməyən prezident -

Poitoloq Jerar Daveni fikrincə, Ollandı ən çox ABŞ prezidenti Barak Obamanın ürkək siyasəti pis vəziyyətə qoyub.

Siyasi ekspertlər Fransua Ollandı Avropa Birliyinə qarşı təpkiləri düzgün qiymətləndirmədiyini, bunu sayəsində bir çox üzv dövlətlərdə Birliyə qarşı çıxanların sayının artdığına diqqət çəkirlər. Bunun ən böyük örnəyi və Ollandın simasında bütün Avropa Birliyi tərəfdarlarına ağır zərbə vuran hadisə olaraq Böyük Britaniyanın Birliyin tərkibindən çıxmasını göstərmək olar.

Bəlkə də Ollandın siyasətçi kimi ən uğurlu addımı Emmanuel Makronu vaxtında prezidentlik yarışına daxil edərək onun qalib gəlməsinə şərait yaratması ilə bağlıdır. Hər halda Fransa bunu sayəsində ikinci Tramp vaqəsindən qurtulmuş oldu./musavat.com

interposta.info
Yağışda islanan, sevgililərinə görə məsxərə hədəfi olan, təkrar seçilməyə iddia etməyən prezident -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26