Interposta.Info

Fransadan Türkiyəyə şad xəbər:

Dünya
 8-05-2017, 09:39     1 791

Türkiyə mediası Fransadakı seçkilərdə Emmanuel Makronun qələbə çalmasını “şad xəbər” kimi şərh edib.

Axar.az xəbər verir ki, Fransadan canlı yayıma çıxan türk jurnalistlər bu seçki ilə fransızların islamofobiya rüzgarını ilk dəfə divara çırpdığını bildiriblər.

“Bir islam düşməni itirdi, islamofobiya ilk dəfə olaraq Avropada divara çırpıldı. Bu, bütün dünya üçün - elə Türkiyə üçün də - şad xəbərdir”, - deyə vurğulanıb.

Qeyd edək ki, ultrasağçı lider Le Pen müsəlmanlara qarşı kəskin mövqeyi ilə seçilir. Miqrantları qovacağını, Fransanı AB-dən çıxaracağını bildirən Le Pen ermənilərə dəstəyinə görə bütün namizədlərdən daha irəli gedirdi.

Emmanuel Makron isə lideralların namizədidir. Hazırda Makronun qələbə çalacağına heç bir şübhə yoxdur. Hətta Le Pen də son rəsmi nəticəni gözləmədən Makronu təbrik edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26