Interposta.Info

Rusiyanın əyalətlərində sosial narazılıq partlayış həddinə doğru gedir

Dünya
 1-05-2017, 16:49     472

Cavanlar və qocalar ümumi bəlaya - korrupsiyaya qarşı birləşirlər
“Rusiya iki hissədən, Moskvadan və Rusiyadan ibarətdir”. Bu sözləri şimal qonşumuzun siyasi-iqtisadi ekspertlərinin dilindən tez-tez eştimək olar.


Yaşayış səviyyəsinə görə əyalətlər arasında uçurum Rusiyanın əsas problemlərindən birinə çevrilib. Kremlin Moskvadan təyin edilən qubernatorlar vasitəsilə sərmayə axınlarını əyalətlərə istiqamətləndirməklə bağlı siyasəti də bir işə yaramır. Çox vaxt təyin edilən qubernatorlar daha çox mərkəzləşdirilmiş korrupsiya siyasətinin aləti rolunu oynayırlar.

ABŞ-ın Foreign Policy jurnalının bir məqaləsi Rusiya cənub əyalətlərinin birində, Rostov vilayətinin Qukovo şəhərinin iqtisadi həyatı barədədır.

Məqalə müəllifi Emi Forres-Rotman şəhər sakinlərinin, demək olar ki, hər gün, “Kinqkoul” adlı dağ-mədən sənaye firmasının ofisinin qarşısına gəlib orada etiraz aksiyası keçirdiyini yazır.

Həmin firma 2013-cü ildə müflis elan edilib və onun öz işçilərinə 78 milyon rublluq borcu yaranıb.

“İşçilər hər gün ofisin qarşında , ona arxalarını çevirərək haqlarının ödənilməsini tələb edirlər. Bu cür mənzərələr Rusiyanın bütün vilayətlərində müşahidə olunur. “Keçən il ölkədə iş haqlarının ödənilməsi ilə əlaqədar 200-dən çox etiraz aksiyası keçrirlib”, - “İqtisadi və siyasi islahatlar mərkəzi” adlı ictimai təşkilatın hesabatında deyilir.

Rusiyanın əyalətlərində sosial narazılıq partlayış həddinə doğru gedir

“Etiraz aksiyalarının sayı 2015-ci ilə nisbətən 2016-cı ildə 34% artıb”, Londonda yerləşən IHS Markit analitik qrupunun apardığı monitorinqin nəticələrində ifadə edilir.

“Bu tip etiraz tədbirləri hələ ki rejim üçün ciddi təhlükə törətmir. Etiraz edənlər əllərindəki plakatlarla daha çox Putinin özünü düşdükləri situasiyalara müdaxilə etməyə çağırırlar.

“Lakin Qukovoda Putinə yönəlik çağırışlar artıq ona və rəhbərlik etdyi “Vahid Rusiya” partiyasına qarşı qəzəbə çevrilir.

“Ölkəmi köləlik və korrupsiya götürüb”, -məqalədə Valeri Dyakonov adlı fəhlənin dilindən cümlə verilib. Bu adam xüsusi fəallığı ilə seçildiyi üçün polisə müqavimətdən ev həbsində tutulur.

“Vəba Rusiyaya geri dönüb. İnsanlar artıq boğaza yığılıblar. Lakin mən qan tökülməsinin əleyhdarıyam. Bizə dinc üsulla yeni hökumətin təsis edilməsi lazımdır”, - Dyakonov məqalə müəllifinə deyib.

Rusiyanın əyalətlərində sosial narazılıq partlayış həddinə doğru gedir

Məqalə müəllifinin fikrincə, Rusiyanı bürüyən iqtisadı xarakterli aksiyalar müxtəlif qrupları artıq bir-birinə yaxınlaşdırıb.

“Aleksey Navalnının çağırışına gəlib küçələrə çıxanların əksəriyyəti Putin dövründə böyüyən, internetdən fəal istifadə edən gənc insanlardır. Kənd yerlərində və kiçik şəhərlərdəki etirazçılar isə bir qayda olaraq yaşlı nəslin nümayəndələridir. Lakin bu iki qrup arasında uçurum getdikcə dərinləşir. Hər iki tərəf, yəni yaşlısı və ya gənci, ali təhsilli və ya fəhləsi üçün bu gün aktual olan bir mövzu var-korrupsiya...” , -məqalədə qeyd olunur.

Məqalədə yenə də Qudkovodan nümunə gətirilir. Müəllifin bildirdiyinə görə, “Kinkgoul” şirkətinin keçmiş rəhbəri Vladimir Pojidayev işçilərə olan borcundan dolayı 5 illik həbsə məhkum edilib. Lakin etiraz aksiyaçılarını fikrincə, Pojidayev iyerarxiyanın aşağı təbəqəsində olan bir fiqurdur. Rusiyanın dağ-mədən sənayesinin əsl sahibləri isə Putinə yaxın oliqarxlardır.

Rusiyanın əyalətlərində sosial narazılıq partlayış həddinə doğru gedir

Məqalədə müəllif Rusiyada korrupsiyanın artmasının ABŞ və Qərbin tətbiq etdiyi sanksiyalarla bağlayıb Çünki sanksiyalar sayəsində Qərbdəki bizneslərinin mühüm bir qismindən məhrum olan oliqarx məmur-biznesmenlər bunu əvəzini daxildəki kütləvi korrupsiya ilə kompensasiya edirlər.

“Kreml hələ ki, iqtisadi etirazlara dözdüyünü göstərir. Lakin müxtəlif etiraz qrupları arasında ümumi dil tapılsa situasiya tamam dəyişə bilər”, - məqalə müəllifi yekunda qeyd edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26