Interposta.Info

“Putinin mövqeyi ciddidir, Moskvadan yenə təhlükə var”

Siyasət
 21-07-2018, 17:47     10 437

Gürcü prezidentdən Qərbə xəbərdarlıq

“Rusiyanın Gürcüstan və Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyi ciddidir və o, xüsusi diqqət tələb edir”.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

“2007-ci ildə Putinin başlatdığı ritorika 2008-ci ilə yekunlaşdı. 2007-də Münhen sammitində Rusiyanın xarici siyasət prioritetləri acıqlandı və orada açıq şəkildə bildirildi ki, Rusiya özünün maraq dairəsində olan bölgələrdə adekvat addımlar atacaq. Buna diqqət edilmişdimi? Nə 2007, nə 2008, nə 2009, nə 2010-da buna diqqət edilmədi. 2014-cü ildə Krım böhranını yaşanana qədər biz gözlədik. Buna görə də Rusiyanın mövqeyi diqqətdən kənarda qalmamalıdır. Putinin nə dediyinə diqqət etməmək doğru olmazdı. Mart ayında ABŞ-da olanda buradakı partnyorlarımızın Rusiyanın bəyanatlarını diqqətə almadıqlarını gördüm. 2007-ci ildə də Rusiyanın Münhendəki bəyanatını dinləməmişdik” – deyə o, bildirib.
Qeyd edək ki, Putin bundan öncə NATO-nun Gürcüstan və Ukraynanı öz tərkibinə qəbul etməsini Moskvanın qəbul etməyəcəyini bildirib/Axar.az.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26