Interposta.Info

Rus ordusu 2008-də niyə Tiflisə girmədi? – Saakaşvilinin adamı

Dünya
 31-08-2017, 12:31     9 740

Rusiya Gürcüstana qarşı ən yeni təsir rıçaqlarından istifadə edir.

Axar.az xəbər verir ki, bunu “Qordon” saytına müsahibəsində Gürcüstanın keçmiş təhsil naziri Dmitri Şaşkin söyləyib.

“2008-ci ildə Rusiyanın Tiflisi tutmaması üçün bir neçə səbəb var idi. Bunlardan birincisi Prezident Mixail Saakaşvilinin Tiflisi tərk etməməsi idi. O qaldığı üçün hakimiyyət də qalmışdı. İkinci faktor isə Gürcüstan ordusunun Rusiyaya qarşı güclü müqavimət göstərməsi idi. Çoxları hələ də bilmir ki, bu savaşda Gürcüstan və Rusiyanın qurbanlarının sayı eyni idi. Üçüncü səbəb isə ABŞ Prezidenti Corc Buşun gecikmiş humanitar missiya qərarı idi. Buna isə ABŞ müdafiə naziri nəzarət edirdi.

Gürcüstan ordusunun indiki vəziyyəti isə ürəkaçan deyil. Artıq Rusiya Gürcüstana qarşı ən yeni təsir rıçaqlarından istifadə edir”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26