Interposta.Info

ABŞ-ın dəhşətli silahına cavab:

Dünya
 15-04-2017, 07:34     838

Xəbər verildiyi kimi, ABŞ Hərbi Hava Qüvvələri İŞİD terror təşkilatının Əfqanıstanın şimal-şərq Nanqarhar vilayətindəki tunel kompleksinə cümə axşamı 10 tondan çox ağırlıqdakı GBU-43 markalı bomba atıb.

Bu bombanın adı "Mother Of All Bombs" - “Bütün bombaların anası”dır. Qeyri-nüvə bombalarının ən güclüsü hesab olunan bu bombanın istifadəsi nəticəsində Əfqanıstan Müdafiə Nazirliyi 36 İŞİD döyüşçüsünün və terrorçuların tunellərinin məhv edildiyini açıqlayıb.

Lakin Qərb mətbuatı xatırladıb ki, Rusiyada bu bombadan da güclü silah var.

interposta.info Modern.az-a istinadla xəbər verir ki, Rusiyada GBU-43-dən 4 dəfə güclü olduğu iddia edilən “Bütün bombaların atası” (Father Of All Bombs) mövcuddur. Bu bombanın partlayış gücü 44 ton bomba ekvivalentindədir.

Rusiyanın bu nəhəng bombası 2007-ci ildə hazırlanıb. O, havada partlayır və oksigenlə reaksiyaya girərək daha da alovlanır və dağıdıcılıq qabiliyyəti bir az güclənir.

Hərbi ekspertlər dağıdıcı gücünə görə bu bombanı taktiki nüvə silahları müqayisə edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26