İŞİD Əfqanıstanda həbsxanaya hücum etdi: azı 20 nəfər öldürüldü

Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətindəki həbsxanaların birinə silahlı və bombalı hücum olub.
"İnterPosta."xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində azı 20 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb. Əvvəlcə bomba yüklü avtomobil həbsxananın giriş hissəsində partladılıb, daha sonra yaraqlılar içəri daxil olublar. Həbsxanaya girməyə müvəffəq olan 3 silahlı saatlarla davam edən qarşıdurmadan sonra zərərsizləşdiriliblər.
Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26