Interposta.Info

Putin Trampa qarşı bütün bombaların "atası”nı çıxardı -

---
 15-04-2017, 18:24     294

ABŞ-ın Əfqanıstana bütün bombaların "anası” hesab olunan GBU-43 bombasını atmasından sonra Rusiya əks-həmlə edib.

Rusiya mediası Moskvanın əlində bütün bombaların "atası” olduğunu yazıb.
Putin Trampa qarşı bütün bombaların "atası”nı çıxardı -

“Sputnik” agentliyinin məlumatına görə, Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası FOAB məhz “bütün bombaların atası“dır.

Məlumata görə, bu bomba ABŞ-ın GUA-43/B bombasından daha güclüdür. Belə ki, GUA-43/B 11 ton dinamit daşıyır, lakin FOAB 44 ton dinamit tutumuna malikdir.

FOAB yerə düşmədən atmosferdəki oksigenin təsiri ilə havada partlayır və geniş ərazini məhv edir./Publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26