Interposta.Info

ABŞ-ın mehmetçik üçün qətliam planı –

Dünya
 19-12-2017, 12:26     10 477

ABŞ Türkiyəyə satdığı bombaların gücünü azaldır.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Sözcü” qəzeti çıxış edib. Qəzet bu iddianı Türkiyə Jandarma Komandanlığında çalışan və ölkənin cənub-şərqində xidmət edən yüksək rütbəli zabitə istinadən yayıb.

“Təəssüf ki, təyyarələrimizin atdığı bombalar saxtadır. Son bir ayda Van, Şırnak, Bitlis bölgələrində iki hadisə yaşandı. 7 nəfərlik terrorçu qrupa üç bomba atıldı. Bomba 25-30 metr yaxınlarına düşməsinə rəğmən, aralarından bir terrorçu yaralı olaraq canını qurtardı. Digər insidentdə isə bomba ağac altında oturan iki terrorçuya atıldı. Terrorçuların 8 metrliyinə düşən bombadan sonra onların burnu belə qanamadı. Normalda isə bomba 300 metr məsafədəki hər şeyi məhv etməlidir. Bombaları istehsal edən ABŞ şirkətidir. Bu sursatla xaricdə başlayacağımız savaşda necə döyüşəcəyik? Ordumuz içi boş bombalarla məqsədli şəkildə bir savaşa doğru sürüklənir. Bu plan mehmetçik üçün qətliam planıdır”, - məqalədə iddia edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26