Oğlu öldürülən ata məhkəmə binasına bomba atdı: 1 ölü, 10 yaralı (FOTOLAR)
Ukraynanın Dnipropetrovsk vilayətində yerləşən Nikopol şəhərində məhkəmə prosesi zamanı partlayış meydana gəlib.
Qaynarinfo Daily Star-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış 2 əl bombası ilə törədilib və həmin şəxs hadisə yerində dünyasını dəyişib. Onun 2016-cı ildə öldürülmüş oğlunun məhkəmə prosesində iştirak etmək üçün gəldiyi və bu addımı atdığı bildirilir.
Zərərçəkənlər arasında məhkəmə işçiləri və sivil şəxslər olub.
Partlayış yerinə dərhal təcili yardım və polis çağırılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26