Türkiyədə partlayış -

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.
BakiPost.az-ın "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, iki terrorçu öldürülüb, biri axtarılır.
***
17:51
Türkiyənin İzmir şəhərində partlayış olub.
BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İzmir Ədliyyə Nazirliyinin yerli İdarəsinin binası yaxınlığında olub. Hadisə yerinə xeyli sayda təcili yardım maşınları cəlb edilib. İlkin məlumatlara görə partlayış zamanı 6 nəfər yaralanıb. Amma ölənlərin olub olmadığı dəqiq bilinmir.
Hələ ki, partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil. Ehtimal olunur ki, bomba yüklü maşın polis köşkünə yaxınlaşıb və partlayıb. Hadisənin ardınca silahlı insident olub. 2 terrorçunun öldürüldüyü deyilir.
interposta.info
axar.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26