Interposta.Info

Ruhaniyə yeni rəqib:

Dünya
 6-04-2017, 18:57     481

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində mühafizəkarların namizədinin kimliyinə aydınlıq gəlib.
Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu haqda İslam İnqilabı Gücləri Xalq Cəbhəsinin (CEMNA) konqres üzvü Sulet Murtazavi deyib.
Konqres üzvünün sözlərinə görə, keçmiş baş prokuror İbrahim Rəisinin Seçkilərin Müşahidə Mərkəzindəki vəzifəsindən istefa verməsi ilə onun prezidentliyə namizədliyi qətiləşib.
Gənclik illərində bir çox şəhərdə də prokuror vəzifəsini çalışan 56 yaşındakı İbrahim Rəisi İran İslam Respublikasının birinci ali rəhbəri və qurucusu Xomeyninin təlimatı ilə 1988-ci ildə qurulan 4 nəfərlik komitənin üzvü idi. Həbsdəki rejim əleydarlarının edam qərarını vermək üçün qurulan komitə müxalifət tərəfindən “ölüm komitəsi” adlandırılırdı.
Ruhaniyə yeni rəqib:

2014-2016-ci illərdə İranın baş prokuroru olan Rəisi islahatçıların nümayəndəsi, hazırkı prezident Həsən Ruhaninin ən iddialı rəqibləri arasında göstərilir.
İran Seçki Komissiyasının açıqlamasına görə, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq istəyən şəxslər 11-15 aprel tarixlərində müraciət etməlidir. Seçkilərə buraxılacaq namizədlərin adları aprelin 26-da açıqlanacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26