Interposta.Info

Ruhaniyə sensasion ittiham:

Dünya
 17-05-2017, 09:27     552

İranda mühafizəkarların prezidentliyə əsas namizədi İbrahim Rəisi İsfahanın “Nəqşi-cahan” meydanında tərəfdarları qarşısında çıxış edərək, Həsən Ruhaniyə qarşı ciddi ittihamlar səsləndirib.

Axar.az xəbər verir ki, Rəisi Ruhani hökumətinin nüvə sazişi (Bərcam) ilə bağlı birtərəfli olaraq Qərb ölkələrinə çoxlu imtiyazlar verdiyini, əvəzində heç nə əldə etmədiyini bildirib:

“Biz nə keçmişə qayıtmaq istəyirik, nə də indiki vəziyyətə dözürük. Bizim strategiyamız xalqın xeyrinə dəyişiklik edilməsidir. Söz, şüar və danışmaq dövrü artıq başa çatıb və hazırda növbə tədbir və əmələ gəlib çatıb. Cənab Ruhani! Mənim ürəyim sirlər sandıqçasıdır. Ağzımı açıb danışsam, heç kəs mənimlə bacara bilməyəcək. Lakin prezident olmaq istəyən şəxs sirr saxlamağı bacarmalıdır”.

Xatırladaq ki, seçki kampaniyası aparmaq üçün Mazandaran əyalətinin mərkəzi Sari şəhərinə səfər edən İran Prezidenti Həsən Ruhani seçkidəki əsas rəqibi İbrahim Rəisinin vaxtilə edam hökmlərinin icrasını sürətləndirməsinə işarə edib və xalqı seçkilərdə düzgün seçim etməyə çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26