Interposta.Info

Ruhaniyə hücum:

Müxtəlif
 8-05-2017, 11:57     950

İran Prezidenti Həsən Ruhani daş kömür mədənində baş verən faciə ilə əlaqədar Gülüstan vilayətinin Azadşəhr şəhərinə gəlib.

Səfər zamanı əhali qarşısında çıxış edən Ruhani bu faciənin hər kəs üçün xəbərdarlıq olduğunu və əhalinin iş qabiliyyətinin yaxşılaşdırılmasının mütləq nəzarətdə saxlanılması gərəkdiyini bildirib. Buna qarşılıq olaraq kömür mədəni işçilərindən biri Ruhaniyə etiraz edib:

“170 uşaq yetim, 40 qadın dul qalıb. Bundan bir neçə il öncə qadınlarımız və uşaqlarımızla valilik qarşısına gəldik və 14 aydır maaş almadığımızı dedik. Bizə qulaq asan kimsə olmadı”.

Bu çıxışdan sonra etirazçılar Ruhani əleyhinə şüarlar səsləndiriblər və prezident hadisə yerini tərk etməli olub. Prezident hadisə yerini tərk edən zaman etirazçılardan bəziləri onu avtomobilinə hücum edib.

Qeyd edək ki, keçən həftənin ortalarında İranda daş kömür mədənində partlayış baş verib. Nəticədə 40-a yaxın insan həlak olub./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26