Interposta.Info

İranda kömür şaxtası partladı:

Ölkə
 4-05-2017, 07:30     500

İranda kömür şaxtasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında - Gülüstan vilayətinin Azadşəhr şəhərində qeydə alınıb. Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivand bundan əvvəl bildirib ki, dağıntılar altında 90 nəfər var. O, həmçinin əlavə edib ki, xəstəxanaya 28 nəfər çatdırılıb.

Hadisə zamanı 21 nəfər həlak olub. İnsidentin təfərrüatları araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26