Interposta.Info

Saxta seçkilərdən sonra Avropa Birliyi Ermənistana qucaq açacaq -

Dünya
 4-04-2017, 07:24     445

Ermənistan və Avropa Birliyi arasında əvvəllər paraflanmış müqavilə yəqin ki, noyabrda imzalanacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İrəvana seçkiləri müşahidə etməyə gəlmiş Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Xeydi Qartula açıqlama verib. Onun sözlərinə görə, sənədin payızda keçiriləcək Şərq Tərəfdaşlığı sammitinin gedişində imzalana bilər.

Nümayəndə heyətinin başçısının sözlərindən belə aydın olur ki, 2 aprel parlament seçkilərinə bu ölkənin öz öhdəliklərini necə yerinə yetirməsi prizmasından baxılacaq.

Seçkilərin necə babırçılıqla keçirildiyini isə hər kəs, o cümlədən Avropadan gələnlər şahidlik etdi. Maraqlıdır, total saxtakarlıqlardan sonra Avropa “parlamentli respublikaya” keçid adı altında əslində seçki cinayətlərinə yol verən Ermənistan hakimiyyətini öz sıralarında görmək istəyəcəkmi?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26