Interposta.Info

Avropa İttifaqının 28 səfiri Bakıya gəlir

Siyasət
 20-09-2017, 18:03     10 452

Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir.

K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.

O qeyd edib ki, hazırda səfərin proqramı ilə bağlı hazırlıqlar aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26