Interposta.Info

Avropa Birliyi "Brexit"in tarixini uzatdı -

Dünya
 22-03-2019, 08:43     10 424

Avropa Birliyi İngiltərənin Avropa Birliyi üzvlüyündən ayrılma ( "Brexit") tarixi ilə bağlı təxirəsalma tələbinə şərti razılıq verib.

AB liderlər zirvəsində alınan qərara görə, İngiltərə Parlamentinin önümüzdəki həftədə "Brexit" anlaşmasını təsdiq edəcəyi təqdirdə üzvlükdən çıxış tarixi 22 maya, anlaşma təsdiq edilməsə, 12 iyuna qədər təxirə salınacağı proqnozlaşdırılır.

22 may tarixinin seçilmə səbəbi, Avropa Parlamentində keçiriləcək seçkilərin 23 mayda başlayacaq olmasıdır.

Qeyd edək ki, avropalı liderlər "Brexit"in seçkilərdən öncə olmasını istəyirlər.

Xatırladaq ki, İngiltərə "Brexit"in 30 iyuna qədər təxirə salınmağını tələb etmişdi. Təxirə salınma tələbi edilməmiş olsaydı, İngiltərə 29 martda Avropa Birliyindən ayrılacaqdı.

Qərarda bundan başqa İngiltərə ilə AB arasında həyata keçirilən Brexit anlaşmasının yenidən müzakirə mövzusu olmayacağı da bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26