Interposta.Info

Daha bir xaçmazlı İŞİD-çinin

Dünya
 17-03-2017, 07:30     463

Daha bir xaçmazlı İŞİD-çinin

“Şimal xəbərləri” qəzetinin Xaçmaz rayonunun Yalama kəndindəki müxtəlif mənbələrdən aldığı informasiyalara əsasən, təxminən iki il bundan əvvəl Suriyaya gedərək İŞİD sıralarına qoşulmuş kənd sakini Qayıbxan Nazurov öldürülüb.
interposta.info xəbər verir ki, qayıbxanın ölümü haqqında əhali arasında müxtəlif şayiələr gəzir. Kənd sakinlərindən biri deyir: “Bəziləri terrorçu Qayıbxan Nazurovun evinə gedərək ailəsinə baş sağlığı verirlər.

Deyilənə görə, hadisə hazırda qızğın döyüşlərin getdiyi Raqqada Qayıbxanın üzv olduğu terrorçu dəstə geri çəkilərkən baş verib. Bu zaman dəstə güclü atəşə məruz qalıb və Qayıbxan güllə ilə vurularaq öldürülüb. Terrorçunun qaçarkən çayda boğulduğunu deyənlər də var. ”
Qeyd edək ki, bu il fevralın 28-də də Yalama kənd sakini, terrorçu Həbib Hacımətov Suriyanın Raqqa şəhərində internet klubun partladılması zamanı ölüb. İŞİD-çinin həyat yoldaşının isə Türkiyədə olduğu bildirilir.
Məlumat üçün bildirək ki, ötən il noyabrın 25-də DTX-nın Yalamada keçirdiyi uğurlu əməliyyat zamanı terrorçu Ramiq Rəhimov da məhv edilmişdi. O, istər Suriyada İŞİD-sıralarında döyüşən xaçmazlılar, istərsə də yerli radikal dindarlar arasında ciddi nüfuz sahibi olub.
Son vaxtlar Suriyada İŞİD sıralarında döyüşən xaçmazlı terrorçuların ölüm xəbərlərinin gəlməsi birmənalı qarşılanmayıb. Adının çəkilməməsi şərtilə “Şimal xəbərləri”nə müsahibə verən ekspertlərdən birinin fikirlərinə görə, ola bilsin ki, bu xəbərlər həqiqəti tam əks etdirmir. Onun fikrincə, terrorçular öz ölümlərini yaşadıqları Yalama kəndində səhnələşdirirlər. Bu yaxınlarda bəzi saytlar məlumat yaymışdılar ki, Rusiya keçmiş SSRİ respublikalarından olan və hazırda İŞİD sıralarında döyüşənləri toplayaraq xüsusi batalyon yaradır. Adıçəkilən şəxslərdən də bu və ya digər məqsədlər üçün istifadə edilə bilər. Ona görə də, hüquq mühafizə orqanları bu ölüm xəbərlərinə həssaslıqla yanaşmalı və sayıq olmalıdırlar./“Şimal xəbərləri”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26