Interposta.Info

İŞİD "generalı" 400 terrorçu ilə Avropadadır -

Dünya
 4-01-2017, 09:28     843

İŞİD "generalı" 400 terrorçu ilə Avropadadır -
İŞİD terror təşkilatının “general”larından biri 400 terrorçu ilə birlikdə qaçqın adı ilə Avropa Birliyinə daxil olub.

Milli.az bildirir ki, həmin “general” Makedoniya vətəndaşı, əslən kosovolu alban Lavdrim Muhaceridir. İŞİD-in ən nüfuzlu komandirlərindən olan şəxs terrorçular arasında Əbu Abdulla əl-Kosovo kimi tanınır.

Terrorçuların hədəfləri arasında Kosovodakı bir sıra dövlət qurumları, habelə serb pravoslav kilsələri var.

27 yaşlı L.Muhaceri 2012-ci illərin sonlarında Suriyaya yollanaraq İŞİD-ə qoşulub. Bir neçə videoda o, albanları İŞİD-ə qatılmağa çağırıb.

L.Muhacerinin fotolarından birində o, əsirin başını kəsir. Bir videoda isə o, əsirin başını qumbaratandan nişan alaraq atəş açır.

İtaliyanın xüsusi xidmət orqanlarının verdikləri məlumatlara görə, terrorçular kütləvi şəkildə Balkanlara və Avropa Birliyi ölkələrinə keçirlər. Onların sadəcə, bəziləri polisin diqqətini cəlb edir. Əksəriyyəti isə sərhədləri rahatlıqla keçir.

L.Mühacerinin özü 2013-cü ildə Suriyadan Kosovoya getmiş, izinə düşənə qədər Avropanı tərk etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26