Interposta.Info

İŞİD təcili toplandı:

Dünya
 15-05-2017, 12:13     1 083

İŞİD-in “siyasi bürosu” aprelin 22-də Rakkada təcili toplanaraq çox ciddi bir qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə qəzetinin yazarı, İraq, Suriya, Liviya kimi müharibə zonalarında 10 ildən çox araşdırma aparan Çətin Çətinərin yazısındandır.

O, son köşə yazısında İŞİD-in ciddi itkilər verdiyini və geri çəkilməyə hazırlaşdığını iddia edib:

“Bu toplantıda terror təşkilatının son vaxtlar ağır itkilər verməsi müzakirə olundu və təşkilat geriyə - “yerin altına” çəkilməyi qərara aldı. Rakkada 21 min terrorçu var. Bunlardan 7 mini şəhəri müdafiə edəcək, ərəb əsilli terrorçular isə ölkələrinə qayıdacaqlar. Son bir ildə Qərbdən İŞİD-ə qoşulanlar da öz ölkələrinə qayıdıb növbəti təlimatı gözləyəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26