Interposta.Info

ABŞ-ın arqumenti alt-üst oldu - Politoloq

Müxtəlif
 20-10-2017, 07:36     9 215

Amerikanın istinad etdiyi PYD və YPG PKK liderinə sitayiş etdiyini gizlətmir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İraq ordusu İranın dəstəyi ilə Kərkükü kürd silahlarından azad etdi, Məsud Bərzaninin bayrağı endirildi, şəhərdə İraqın bayrağı dalğalandı:

"Rakkada isə tam tərsi baş verdi. Bu dəfə terrorçu PKK-nın Suriyadakı qurama təşkilatları şəhərdən İŞİD bayrağını endirdilər. Əvəzinə öz bayraqlarını, o cümlədən Abdullah Öcalanın böyük portretlərini asdılar. Yəni Rakkada bir terror təşkilatı başqa terror təşkilat ilə əvəz olundu. Mahiyyət dəyişmədi. Bununla da Vaşinqtonun “biz PKK-ya yox PYD və YPG-yə dəstək veririk, bu Suriya Demokratik Gücləridir” arqumenti alt-üst oldu”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26