Interposta.Info

Prezidentdən sükut yaradan

Dünya
 9-03-2017, 13:11     462

Prezidentdən sükut yaradan

TRT kanalında qonaq olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məşhur aparıcı Pelin Çift arasında yaşanan “Diriliş Ərtoğrul” dialoqu canlı yayımda maraqlı anların yaşanmasına səbəb olub.

Axar.az “Hürriyət”ə istinadən xəbər verir ki, TRT-nin kanallarında ortaq yayımlanan verilişdə Prezident Rəcəb Tayyib Ərdoğan gündəmə dair açıqlamalar verib.

Aparıcı Pelin Çift verilişin ortasına doğru mövzunu TRT-də yayımlanan “Diriliş” serialına yönəldib: “Bu verilişdən sonra “Diriliş” serialı başlayacaq. Sizin də bu serialı izlədiyinizi bilirik. Verilişi bitirmək üçün son olaraq nə demək istəyirsiz?" Bundan sonra maraqlı anlar yaşanıb.

Ərdoğan verilişin bitdiyini düşünən aparıcıya "veriliş bitdimi" sualını verərək, davam edəcəklərinə eyham vurub. Onun sözləri studiyada soyuq səssizlik yaradıb.

Daha sonra jurnalistlər və Ərdoğan gülərək ab-havanı dəyişməyi bacarıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26