Interposta.Info

Ohanyan Sərkisyanı təhdid etdi:

Dünya
 3-03-2017, 14:53     545

Ohanyan Sərkisyanı təhdid etdi:

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Baş nazir Karen Karapetyanın onu yanacaq oğurluğunda günahlandırmasına reaksiya verib.

Axar.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Ohanyan baş nazirin ittihamlarına öz adamları arasında reaksiya verib. Eks-nazir deyib ki, ordudakı yanacaq problemi ilə bağlı məsələyə Ermənistana neft məhsulları idxal edən “Fleş” kompaniyasının rəhbəri Barseq Beqlaryandan hesab sorulmalıdır. O, özünün bu məsələyə heç bir aidiyyətinin olmadığını və yanacaqla bağlı ona problem yaradılacağı təqdirdə bütün günahkarların adını çəkəcəyini söyləyib.

Qeyd edək ki, dünən Baş nazir Karen Karapetyan Aprel döyüşləri zamanı Ermənistan ordusunun yanacaqla bağlı problemləri olduğunu və hərbi texnikanın bunun ucbatından işləmədiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26