Interposta.Info

Ukraynalı deputat:

Dünya
 28-02-2017, 07:26     520

Ukraynalı deputat:


Ukrayna Ali Radasının deputatı Andrey Artemenko belə bir iddia ilə çıxış edib ki, ABŞ-ın Krım yarımadasını öz ərazisi elan etmək üçün əsasları var.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, parlament üzvü çıxışında deyib: “1920-ci ildə Rusiya ABŞ hökumətindən 50 milyon dollar həcmində kredit alıb və girov kimi Krım yarımadasını qoyub. Başqa sözlə, kredit qaytarılmayacağı təqdirdə, Krım Amerika Birləşmiş Ştatlarına təhvil verilməli idi”.

Onun sözlərinə görə, 1954-cü ildə həmin kreditin ödənilməsinin müddəti başa çatıb, lakin borc ABŞ-a qaytarılmayıb. Buna görə də, Krımı ABŞ-a təhvil verməmək xatirinə, SSRİ hökuməti yarımadanın Ukrayna ərazisi elan edilməsi qərarını verib.

Bu informasiyanı haradan əldə etdiytini isə Artemenko açıqlamayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26