Interposta.Info

Rusiyadan etiraf:

Dünya
 21-02-2017, 08:56     500

Rusiyadan etiraf:
ABŞ-sız İŞİD-i məğlub etmək çətin olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü İqor Morozov bildirib.

"İŞİD-ə tək bir ölkədə, Suriyada qalib gəlmək yetərli deyil. Bəs İraq? Bu ölkədə kim döyüşəcək? Bu ölkədə İŞİD bazalarını, döyüş məntəqələrini, düşərgələrini kim vuracaq? İŞİD eyni anda, eyni məkanda məhv edilməsi lazım olan bir "əjdaha"dır. Bu təşkilat iki ölkə ərazisində fəaliyyət göstərir, amma biz vaxtın itirildiyini görürük, çünki ABŞ bizimlə işləmək istəmir, çünki Pentaqonun Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlığını qadağan edən qanun qəbul edilib", - Morozov qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26