Interposta.Info

Trump-ın sərəncamı: -

Dünya
 30-01-2017, 10:58     506

Trump-ın sərəncamı: -
Prezidentin sərəncamına qarşı etirazlara və məhkəmə qərarlarına baxmayaraq Trump administrasiyası bəzi qaçqınların ölkəyə buraxılmamasına qərarlıdır.
Cənab Trump tvitləyib: "Bizim ölkəmizə güclü sərhədlər və ekstremal yoxlamalar lazımdır, İNDİ". Onun administrasiyasının yüksək rütbəli rəsmisi isə deyir ki, saxlanılanların sayı 109-dur.

Bundan əvvəl bir sıra ABŞ hakimi qərar verib ki, aeroportlarda qalan viza sahibləri və qaçqınların deportasiyası müvəqqəti olaraq dayandırılır. Bu deportasiyalar Prezident Trump-ın şənbə günü imzaladığı sərəncamı ilə həyata keçirilirdi.

Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) cümə günü imzalanan sərəncama qarşı iddia qaldırıb.

Qurum ehtimal edir ki, təxminən 100-200 adam aeroportlarda yaxud da yolda qalıb.
Minlərlə adam ABŞ aeroportlarında cənab Trump-ın immiqrasiya ilə bağlı siyasətinə etiraz edib.
Britaniyanın Baş naziri Theresa May ölkənin XİN və DİN başçılarına göstəriş verib ki, Prezident Trump-ın qadağanı ilə bağlı ABŞ-dakı həmkarları ilə əlaqə saxlasınlar.

Theresa May cənab Trump-ın qərarını daha əvvəl pisləmədiyi üçün tənqid olunub.

Trump-ın sərəncamı: -

Onun sərəncamı ABŞ-ın qaçqın proqramını tam olaraq dayandırıb. İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına isə ölkəyə 90-günlük qadağa qoyub.

Sərəncam imzalanarkən təyyarədə uçanlar, ABŞ aeroportuna daxil olan kimi saxlanılıb. Bu, hətta viza və ya başqa immiqrasiya sənədlərilə ölkəyə daxil olanlara şamil edilib.

Şənbə günü cənab Trump jurnalistlərə deyib:
"Çox yaxşı alınır. Aeroportlarda, hər yerdə bunu görürsünüz".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26