Interposta.Info

Ərdoğandan İzmir terroru ilə bağlı açıqlama —

Dünya
 6-01-2017, 07:55     512

Ərdoğandan İzmir terroru ilə bağlı açıqlama —
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş verən terror aktı ilə bağlı xalqa müraciət edib.

Ölkə.Az xəbər verir ki, ölkə başçısı Twitter hesabında bu barədə şərh verib. Onun sözlərinə görə, bu və bu tipli hadisəni törədənlər Türkiyə millətini, hökumətini qorxutmağa çalışan qüvvələrdir.

“İzmirdə törədilmiş terror aktını qınayır, böyük bir faciənin qarşısını alan şəhid polisimizə və həyatını itirən katibimizə Allahdan rəhmət diləyirəm. Terrorun millətimizi, dövləti qorxutmağına, cəmiyyəti qütblərə bölmək cəhdinə əsla imkan verməyəcəyik. Bizi qorxutmaq istəyənlərə əsla boyun əyməyəcəyik. Türkiyə əsla geri addım atmayacaq”, - deyə Ərdoğan bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26