Interposta.Info

"Hamı Fransadan bezib" - Zaxarova Azərbaycanı dəstəklədi

Siyasət
 22-11-2023, 22:25     26 289

"Fransanın və digər Qərb vasitəçilərinin Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirmək cəhdləri haqlı olaraq regionda, xüsusən də Azərbaycan tərəfdən mənfi reaksiya doğurur".

"Unikal"  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Fransanı Ermənistanı Cənubi Qafqazda yeni müharibəyə sövq etməkdə ittiham etməsi ilə bağlı deyib.

"Fransanın Azərbaycan tərəfindən bu cür sərt şəkildə qiymətləndirilməsi bizi heç də təəccübləndirmir”, - deyə diplomat qeyd edib, "Hesab edirəm ki, Bakı və bir sıra digər ölkələr Parisin işğalından yetərincə yorulublar.".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Rusiya Federasiyası regionun bütün sakinlərinin və onların qonşularının maraqlarının balansına əsaslanaraq, regionun sabitlik və firavanlıq zonasına çevrilməsi istiqamətində ardıcıl çalışır.

"Bu məntiqlə biz "3+3” məsləhətçi regional platforması çərçivəsində əməkdaşlıq qururuq, Bakı ilə İrəvan arasında münasibətlərin ən yüksək səviyyədə üçtərəfli sazişlər əsasında hərtərəfli tənzimlənməsi üzərində işləyirik. Biz dəfələrlə demişik və təsdiq etmişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır”, - Zaxarova vurğulayıb. 

Onlar Cənubi Qafqazı başqa bir geosiyasi qarşıdurma meydanına çevirməyə çalışırlar, region ölkələrinin fundamental maraqlarına məhəl qoymurlar və bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç bir iş görmürlər, deyə o, yekunlaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26