Interposta.Info

Rusiya XİN-dən Cənubi Qafqazla bağlı SON DƏQİQƏ açıqlaması
 

Dünya
 2-08-2023, 14:50     310

“Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir”.

"İnterPosta" “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Ukrayna ilə müharibə fonunda Rusiyanın xarici siyasətində bəzi istiqamətlərin daha az prioritet olması ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

M.Zaxarova əlavə edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin təşviqinə tam sadiqdir: “Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir. Biz Cənubi Qafqazla bağlıyıq və digər öhdəliklərimizi də yerinə yetiririk”.

Onun sözlərinə görə, Rusiyanın iştirakı ilə yüksək səviyyələrdə silsilə görüşlər keçirilib və bu mənada Moskvanın fəallığının azalmasından söhbət belə gedə bilməz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26