Interposta.Info

"Biz Azərbaycan rəhbərliyindən sülh sazişinə hazır olmaları barədə bəyanatlar eşitmişik” - Dmitri Peskov

Siyasət
 20-11-2023, 15:15     20 497

"Azərbaycan rəhbərliyi bir mərhələnin bitib, sülh sazişinə hazırlığın vacibliyi barədə bəyanatlar verir".
"Report” "TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya "Qərbi Azərbaycan” konsepsiyasını həyata keçirməsi ilə bağlı bəyanatını şərh etməyib.

Dmitri Peskov rəsmi Bakının başqa bəyanatlar verdiyinin şahidi olduğunu deyib: "Mən Azərbaycan tərəfinin dövlət səviyyəsində belə bəyanatlarını görməmişəm. Əksinə, Azərbaycan rəhbərliyi bir mərhələnin bitib, sülh sazişinə hazırlığın vacibliyi barədə bəyanatlar verir”.

Qeyd edək ki, Nikol Paşinyan bəyan edib ki, guya Azərbaycanın addımları Ermənistana qarşı yeni döyüşlərə hazırlaşdığını göstərir.
Onun sözlərinə görə, Azərbaycanda guya rəsmi səviyədə Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26