Interposta.Info

Kremldən Əliyevlə Paşinyanın görüşü barədə şərh

Siyasət
 15-06-2018, 17:44     10 561

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ehtimalını şərh edib.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyunun 14-də Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilk tanışlıq olub.

"Gələcək təmaslar barədə danışmaq hələlik tezdir", - deyə D.Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26