Interposta.Info

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Siyasət / Manşet
 15-12-2021, 10:01     657

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.

"İnterPosta" məlumatına görə, sözügedən görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub

İkitərəfli görüşün sonunda Şarl Mişel yenidən müzakirələrə qoşulub.
Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26