Interposta.Info

İlham Əliyev Moskvada Paşinyanla tanış oldu

Siyasət
 15-06-2018, 10:09     10 437

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya prezidenti Vladimir Putin onu Azərbaycanın dövlət başçısı İlham Əliyevlə tanış edib.

"XeberBiz" report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Putin Dünya çempionatı-2018 çərçivəsində baş tutan Rusiya-Səudiyyə Ərəbistanı matçından sonra MDB-nin dövlət başçıları üçün kiçik qəbul təşkil edib. Orada Azərbaycan Prezidenti İlham Əliyev də olub.

"Və Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə və ya söhbət və təmas olmadı", - deyə Paşinyan əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26