Putin Paşinyanla mayın 14-də görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 14-də Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcək.
Trend-in məlumatına görə, görüş barədə rusiyalı liderin mətbuat katibi Dmitriy Peskov xəbər verib.
D.Peskovun sözlərinə görə, görüş Soçidə baş tutacaq.
Qeyd edək ki, N.Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26