Interposta.Info

Kreml Qarabağla bağlı üçtərəfli razılaşmaları alternativsiz hesab edir

 

Siyasət
 19-04-2023, 17:31     207

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə real əsasdır. O, Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməli və ya başqa yaşayış yeri axtarması ilə bağlı sözlərinə belə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin sözçüsü mətbuata press-koll zamanı bildirib.

"Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sazişlərinin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq. Bu üçtərəfli razılaşmalar indi nizamlanma üçün yeganə real, real əsasdır, ona görə də biz bütün müddəaların icrası istiqamətində irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, - Peskov bildirib.

Xatırladaq ki, İlham Əliyev AZTV-yə verdiyi müsahibədə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını rəsmən bəyan etməli olduğunu bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, regionda sülhə nail olmaq onun ölkəsi ilə Azərbaycanın 1991-ci il sovet sərhədləri çərçivəsində qarşılıqlı tanınması ilə mümkündür. Beləliklə, o, faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26