Interposta.Info

Azərbaycanlı ailə Rusiyadan deportasiya edilir

Siyasət
 2-11-2023, 22:28     36 690

Nijni Novqorodda oğlu məktəblini döyən Azərbaycandan olan mühacir ailə miqrasiya qanunlarını pozduğuna görə Rusiyadan çıxarılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Nijni Novqorod Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən həftəsonu sosial şəbəkələrdə 8-ci sinif şagirdinin özündən kiçik şagirdi döydüyünü əks etdirən video yayılıb. O, azyaşlını bir neçə dəfə vurub və boğub. Polis hadisənin sentyabrın sonunda baş verdiyini bildirib. 


Yeniyetmənin ailəsinə qarşı miqrasiya qanunvericiliyinin pozulması halları aşkar edilən araşdırmaya başlanılıb.


Üç azyaşlı uşaq da daxil olmaqla bütün ailə Rusiyadan deportasiya olunacaq. Hazırda 41 yaşlı ailə başçısı və onun 34 yaşlı həyat yoldaşı Xarici Vətəndaşların Müvəqqəti Saxlama Mərkəzindədir və Azərbaycana yola düşməyi gözləyirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26