Interposta.Info

51 azərbaycanlını Almaniyadan deportasiya etdilər - Əl-ayaqlarını qandallayıblar

Ölkə
 20-07-2018, 21:24     10 493

Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.

Onlar "Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşıladığı deyilir.

"Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

Sosial şəbəkələrdə Azərbaycana deportasiya edilənlərdən birinin fotosu yayılıb. Həmin şəxsin Sinan Bayramov olduğu dəqiqləşdirilib. Fotodan S. Bayramovun əl və ayaqlarının qandallı olduğu görünür. Azərbaycanlı mühacirlərin informasiyasına görə, o, son dörd il ərzində Almaniyada yaşayıb. İddia olunur ki, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

51 azərbaycanlını Almaniyadan deportasiya etdilər - Əl-ayaqlarını qandallayıblar

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı Realtv-yə açıqlama verib. Onun sözlərinə görə, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər: "Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”./ BakuPost.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26