Interposta.Info

Bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib

Ölkə
 5-11-2020, 22:25     595

Almaniya hökuməti bir qrup azərbaycanlını ölkədən deportasiya edib.

"Report"un Avropa bürosunun məlumatına görə, buna səbəb yerli miqrasiya qanunlarının tələblərinin pozulması, miqrasiya orqanlarına yaşamaq icazəsi ilə bağlı düzgün məlumat verilməməsi olub.

Deportasiya olunanlardan 2-si Azərbaycan, 3-ü Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır. Onlardan bir qismi 6, digər qismi isə 1 ilə yaxındır Almaniyada qeyri-qanuni yaşayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26