13 yaşlı Ofeliyanın əhvalatı Almaniyada siyasi qalmaqala səbəb ola bilər
13 yaşlı azərbaycanlı Ofeliya Quliyevanın zorla deportasiya edilməsi ilə bağlı məsələAlmaniyada siyasi qalmaqala səbəb ola bilər.
"XeberBiz" virtualaz.org-a istinadən bildirir ki, belə bir xəbərdarlıqla Almaniyadakı təhsil qurumlarının və elm işçilərinin ən böyük həmkarlar ittifaqı (GEW) federal hökumətin ünvanına ittihamla çıxış edib və məktəblilərlə tələbələrin deportasiyası təcrübəsinə son qoymağa çağırıb.
Bundan başqa, GEW-də şagirdlərin deportasiyası məsələlərində müəllimlərdən istifadəni yolverilməz hesab edirlər.
Həmkarlar İttifaqı öz müraciətində məktəblilərin deportasiyası ilə bağlı son illərdə Almaniyada hay-küyə səbəb olmuş üç hadisəni xatırladıb.
Onlardan biri Eritreyadan olan oğlanın əhvalatıdır, hansı ki, Yuxarı Pfalstda polis məktəbdən birbaşa dərs zamanı götürüb və ölkədən deportasiya edib. İkincisi Lixtenfelsdə təhsil alan əfqanıstanlı oğlanın zorla deportasiya olunmasıdır.
Hesabatda Kulmbax şəhərində anası ilə birlikdə zorla deportasiya olunmuş Ofeliya Quliyevanın hay-küylü işinə xüsusi yer ayrılıb. Xatırladaq ki, polis əməkdaşları 13 yaşlı qızı və onun anasını gecəyarısı evdən götürərək bir neçə saat ərzində ölkədən deportasiya ediblər.
"Almaniya hökuməti əsas kimi uşaqların zorakı deportasiyası təcrübəsini götürüb. Buna son qoymaq lazımdır", - deyə GEW lideri Anton Zalsbrun jurnalistlərə bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26