Interposta.Info

Quranı yandıran şəxs İsveçdən deportasiya edilir

Dünya
 27-10-2023, 12:06     33 352

İsveç Miqrasiya Xidməti Quran yandırma kampaniyaları ilə tanınan iraqlı miqrant Salvan Momikinin yaşamaq icazəsini ləğv etmək qərarına gəlib.

Bu barədə Qaynarinfo SVT-yə istinadən xəbər verir.

İsveç Miqrasiya Xidməti Momikanın 2021-ci ildə yaşamaq icazəsi üçün müraciət edərkən yalan məlumat verdiyini müəyyən edib.

SVT-nin məlumatına görə, hələ avqust ayında iraqlı "hərbi mühitdə əli silahlı” olduğu iddia edilən İraqdan aşkar edilmiş fotoşəkillərlə əlaqədar miqrasiya xidmətinə çağırılıb və bu o deməkdir ki, o öz ərizəsində yalan deyərək yalnız siyasi fəaliyyətinə görə vətənini tərk etdiyini iddia edib.

Qərara əsasən, həmin şəxsin İsveçdə yaşamaq və işləmək icazəsi, eləcə də qaçqın statusu ləğv ediləcək, bundan sonra o, 5 il müddətinə ölkəyə qayıtmaq qadağası ilə deportasiya ediləcək.

Momikanın nə vaxt deportasiya ediləcəyi hələlik məlum deyil. O, qərardan məhkəməyə şikayət etmək hüququna malikdir, əlavə olaraq, İsveç hakimiyyəti deportasiya qərarının "icrasında olan maneələrə görə” ona 2024-cü ilin aprel ayına qədər müvəqqəti yaşamaq icazəsi verib.

Momikanın özü SVT-yə deportasiya qərarına əməl etməyəcəyini bildirib.

"Mən İsveçdə yaşayıb, İsveçdə öləcəyəm. Miqrasiya xidməti ciddi səhv edib. Mən bu qərarın arxasında gizli siyasi motivlərin olduğundan şübhələnirəm", - o, qərardan şikayət edəcəyini təsdiqləyib.

Xatırladaq ki, İsveç və müsəlman ölkələri arasında Quranın təhqir edilməsinə qarşı bir neçə etiraz aksiyasından sonra gərginlik artıb. Türkiyə buna kəskin reaksiya verib və İsveçin NATO-ya daxil olmasını bloklayıb.

Bu fonda İsveç sərhəd nəzarətini və daxili yoxlamaları gücləndirib, həmçinin terror təhlükəsi səviyyəsini yüksəldib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26