Interposta.Info

Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək

Müxtəlif / Manşet
 7-06-2019, 14:04     10 451

Azərbaycanlı jurnalist Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək.

İnterPosta.info
xəbər verir ki, bu barədə "Report"un müxbirinə F.Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

Onun sözlərinə görə, öz hesabına bilet alınıb və bu gün gecə Abbasov Moskvadan Bakıya olan reyslə Rusiya Federasiyasından deportasiya ediləcək.

Xatırladaq ki, dünən Moskva Vilayət Məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətini rədd edərək məhkəmənin əvvəlki qərarını qüvvədə saxlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26