Interposta.Info

Qarabağı tərk edən ermənilər mülkləri sata bilərmi? - Ekspertdən deputata cavab
 

Siyasət
 26-10-2023, 17:31     36 594

"Deputat Tahir Rzayevin təklifi ilə razı deyiləm. Kənardan, onlayn formada hər hansı bir əmlakın satılması ilə bağlı fikirləri absurd hesab edirəm".

Bunu İnterPosta"-ya açıqlamasında əmlak eksperti Ramil Qasımlı deputat Tahir Rzayevin "ermənilərə şərait yaratmaq lazımdır ki, Qarabağdakı əmlaklarını orada yaşamaq istəyən azərbaycanlılara onlayn formada sata bilsinlər" fikirlərinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, sözügedən ərazidə özəlləşmə ilə islahatlar aparılmayıb:

"Orada hər hansı özəlləşmə proqramı həyata keçirilmədiyindən torpaqlar bütünlükə dövlətin mülkiyyətindədir. İşğaldan azad olunan zonalarda torpaqların özəlləşməsi, icarəyə verilməsi müvafiq olaraq Azərbaycan qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Torpaq dövlətin olduğundan dövlət onu özəlləşdirmək, icarəyə götürmək üçün müraciət edən şəxslərə verə bilər".

Ramil Qasımlı deyib ki, Xankəndi, Əsgəran və digər azad edilən ərazilərdə torpaq sahələri mövcud deyil, orada yalnız mənzillər olub:

"Bununla bağlı invertarlaşma aparılmalıdır. İnvertarlaşma başa çatandan sonra əgər həmin şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun mülkiyyət hüququ da tanınacaq. Əgər, onlar Azərbaycan vətəndaşlığını qəbul etməyibsə və digər ölkələrə köçüblərsə, dövlət həmin əmlakın sahibi kimi özəlləşmə və icarə verilməsi hüququna malik olur. Azərbaycan vətəndaşlığını qəbul etməyib, evini tərk edən şəxsin kənardan onlayn formada mənzillərini satması qeyri-mümkündür. Həmin evlər yalnız notariat qaydada satışa çıxarıla bilər. Bu da həmin əmlaklara çıxarışların verilməsi üsülü ilə aparıla bilər".

Ekspert hazırda bu prosesin davam etdiyini əlavə edib:

"İnvertarlaşma başa çatdıqdan və həmin evlərlə bağlı siyahı bəlli olduqdan sonra Xankəndi, Xocalı və digər rayonlardan qovulan azərbaycanlıların hüquqları təmin olunacaq. Öz əmlakına sahib çıxmaq istəməyən, ölkəni tərk edən ermənilərin mülkləri isə dövlətin balansına keçməlidir. Yalnız bundan sonra bu məsələ ilə bağlı qərar verilə bilər”.\qaynarinfo.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26