Interposta.Info

Fərəc Quliyev Qarabağı azad etmək üçün mobil qüvvələrin yaradılmasını təklif etdi

Siyasət
 31-05-2019, 14:26     10 396

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fərəc Quliyev Ermənistanın işğalına qarşı vətəndaşlardan ibarət hərbi qüvvələrin yaradılmasını təklif etdi. O dedi ki, Azərbaycanın kifayət qədər güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma işğal altındakı əraziləri yaxşı tanıyan insanlarımızdan ibarət qüvvələrin formalaşdırılması əlavə imkanlar yaradardı: “Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusu ilə yanaşı əlavə mobil qüvvələrdən də istifadə etmək olar”.

F.Quliyev bildirdi ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var. O, bu məqsədlə büdcədən əlavə vəsait ayrılmasını təklif etdi: “Həmin mobil qüvvələr üçün məcburi köçkünlərdən istifadə etmək daha məsdəuyğundur. Çünki onlar həmin əraziləri saha yaxşı tanıyırlar. Əlbəttə ki, biz ordumuza inanırıq. Ancaq Türkiyə və digər dövlətlərin təcrübəsində də bundan istifadə edilir. Hesab edirəm ki, Azərbaycan da bundan istifadə etməlidir. Bunun üçün vəsait ayrılmalıldır. Biz hansı vasitə ilə olur-olsun bu məslələər son verməliiyk”

Ermənilərin Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı prosesləri həyata keçirdiyini, Kəlbəcərdə daş emalı zavodu yaratdığını deyən F.Quliyev torpaqların azad olunması istiqamətində görülən işlərlə bağlı əlavə vəsait ayrılmasını zəruri saydı./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26