Interposta.Info

Dövlət xidmətinə yeni səlahiyyət verildi

İqtisadiyyat
 14-04-2023, 13:37     304

"Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, əsasnaməyə aşağıdakı məzmunda 3.1.3-3-cü və 3.2.3-3-cü yarımbəndlər əlavə edilir:

"3.1.3-3. "kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi;

3.2.3-3. "kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması”.

Bundan başqa, 5.1.28-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 5.1.29-cu və 5.1.30-cu yarımbəndlər əlavə edilir:

"5.1.29. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər;

5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar”.

Eyni zamanda, 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 18-ci və 19-cu abzaslar əlavə edilir:

Ətraflı
"18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək;

19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək”.
Dəyişikliklə aşağıdakı məzmunda 7.1.10-cu və 7.1.11-ci yarımbəndlər əlavə edilir:

"7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq;

7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək.”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26